BİZNES

07 İyun

Rəhbərdən ixracat hədəfi barədə AÇIQLAMA

 "Azərbaycana ixracımız, 2000-ci ildə 230 milyon dollar ikən 805% artmaqla 2020-ci ildə 2 milyard dolları keçdi. Ölkəmiz Gürcüstanın ən böyük, Azərbaycanın isə ən böyük ticari tərəfdaşıdır"

Fins.az xəbər verir ki, bunu Türkiyə İxracatçılar Məclisi prezidenti İsmail Gülle deyib.

  O bildirib ki, Türk ixracatçısı, koronavirüs pandemiyasına baxmayaraq, hər ay ixracat rekordları qıraraq tarixi uğurlara nail olur. Ötən mart ayında Türkiyənin ixracatı, 42,2% artmaqla, 18 milyard 985 milyon dollara çataraq respublika tarixinin ən yüksək aylıq ixracat rəqəmi olmaqla, ixracat ailəsi apreldə 18 milyard 766 milyon dolarla da bütün zamanların ən yüksək aprel ayı rəqəminə imza atdı. Türk bayrağını dünya ətrafında dalğalandıran ixracat ailəsinin, 2021-ci ilin ixracat hədəfi olan 184 milyard dolları da keçməsi gözlənilir.