BİZNES

03 İyun

Azərbaycanın xəmir mayası istehsalçısı - Yeni Şirkət Yaradıb

"Azər-Maya" ASC səhmdarlarının bu il fervalın 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul olunmuş qərara uyğun olaraq yeni şirkət yaradıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azər-Maya İstehsal" QSC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət "Azər-Maya" ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, 3 105-ci məhəllədə qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1 761 150 manat, qanuni təmsilçisi isə Rüfət Əhədağa oğlu Əhmədovdur. O, həm də "Azər-Maya"nın İdarə Heyətinin sədridir.

Xatırladaq ki, "Azər-Maya" 1973-cü ildən fəaliyyət göstərən keçmiş Bakı Bulka-Maya Zavodunun bazasında 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 444 340 manatdır. Şirkət ölkənin preslənmiş xəmir mayasına olan tələbatını ödəyir.

(c)Report