BİZNES

01 Oktyabr

Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!

Biznesin planlaşdırılması, marketinq, satış, bazar araşdırması, sahibkarlıq sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə olunması və digər istiqamətlərdə təlim və məsləhət xidmətlərindən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlar, həmçinin öz biznesini qurmaq istəyən postensial sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Fins.az şxəbər verir ki,KOB inkişaf mərkəzlərində həmçinin, sahibkarlıq subyektlərinə, eləcə də startaplara, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara, əlilliyi olan şəxslərə və gənclərə dövlətin güzəştli maliyyə resursları haqqında məlumatlandırma, KOB-ların şəbəkələşməsi və beynəlxalq proqramlarda iştirak istiqamətlərində də dəstək göstərilir.

Qeyd edək ki, KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.KOB inkişaf mərkəzlərinin təlim, məsləhət və digər xidmətlərindən faydalanmış sahibkarlara biznesin sonrakı mərhələlərində də dəstək göstəriləcək. 

Biznes sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB subyektləri aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Müəllif:Aynur Qəniyeva