BİZNES

01 Oktyabr

Bəzi şəxslər üçün gəlir vergisinin azaldılması TƏSDİQLƏNDİ

Milli Məclis bəzi şəxslər üçün gəlir vergisinin azaldılması təsdiqlənib.

Fins.az xəbər verir ki, Milli Məclisisdə keçirilən plenar iclasına Vergi Məcəlləsinə dəyişiklik olunub

Dəyişikliklə daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə azadolma məbləği 100 manatdır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.