BİZNES

01 Oktyabr

“Disneyland” 28 min işçisini ixtisar edəcək

ABŞ-ın “Disneyland” şirkəti koronavirus (COVID-19) pandemiyasının təsiri ilə müxtəlif ölkələrdəki əyləncə parklarının ümumilikdə 28 min işçisini ixtisar edəcək.

Məlumata görə, şirkətin Florida (ABŞ), Paris (Fransa), Şanxay (Çin), Tokio (Yaponiya) və Honqkonqdakı parkları məhdud çərçivədə işləsə də, Kaliforniyadakı park hələ də bağlıdır.

Xatırladaq ki, "Disneyland" ötən il 69,6 milyard ABŞ dolları gəlir əldə edib. Bunun 65%-i parklarda satılan məhsulların hesablna əldə olunub. Bu ilin I və II rüblərində isə şirkət müvafiq olaraq 1 milyard dollar və 3,5 milyard dollar zərər açıqlayıb.