BİZNES

30 Sentyabr

KOBİA onlayn platforma əsasında taksi və çatdırma xidmətinə tələbi öyrənəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) onlayn platforma əsasında taksi, sürücü və çatdırma xidmətinin göstərilməsinə tələbin öyrənilməsi üçün podratçı seçir.

Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 90 manatdır.

Tender təklifləri 29 oktyabr saat 16:00-dək qəbul olunur. Tender proseduru 30 oktyabr saat 16:00-da baş tutacaq.

Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.