BİZNES

30 Sentyabr

Azexport.az-a daxil olan ixrac sifarişləri 4,2% ARTIB

"İxrac İcmalı”nda 2020-ci ilin yanvar-avqust ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. 

Fins.az xəbər verir ki,icmalda göstərilib ki, 2020-ci ilin yanvar-avqust aylarında Azexport.az portalına 429,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Məlumata görə 2020-ci ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9  milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 4,2 faiz artıb. 
 
Müəllif:Aynur Qəniyeva