BİZNES

30 Sentyabr

Düşmən ölkənin kiberlamerləri 4 istiqamətdə kiberhücumlar həyata keçirir-RƏSMİ

Düşmən ölkənin kiberlamerləri əsasən 4 istiqamətdə kiberhücumlar həyata keçirirlər
Fins.az xəbər verir ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və kiber hücum istiqamətlərini diqqətlə analiz edir.

Məlumatda qeyd olunur ki, bildirmək istəyirik ki, düşmən ölkənin kiberlamerləri əsasən 4 istiqamətdə kiberhücumlar həyata keçirirlər:

Dövlət qurumlarının internet informasiya resursları

Bank sektoru

Media saytları

İndividual istifadəçilər (elektron poçt ünvanları, zənglər və s.)

KİMM (CERT.gov.az) düşmənin kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı bütün vətəndaşlarımızı diqqətli və ayıq-sayıq olmağa çağırır.

Müəllif:Aynur Qəniyeva