BİZNES

30 Sentyabr

Anonim proxy və vpn-lərdən dövlət informasiya sistemlərinə girişlər mütamadi olaraq  bloklanır-RƏSMİ

Dövlət informasiya resurslarına qarşı DDOS hücumlarının, o cümlədən kiberhücum cəhdlərinin qarşısının alınması məqsədi ilə botnetə üzv olan zombi kompüterlərə aid ip seqmentlər, anonim proxy və vpn-lərdən dövlət informasiya sistemlərinə girişlər mütamadi olaraq tərəfimizdən bloklanır.

Fins.az xəbər verir k,bu barədə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM)  məlumat yayımlayıb.

Məlumata görə,28 sentyabr tarixindən 65 Gbit/san trafik həcmi ilə bir sıra ölkələrdən botnetə qoşulmuş server idarəetmə mərkəzləri və zombi kompüterlər vasitəsi ilə emal olunan milyonlarla saxta sorğular tərəfimizdən bloklanıb 

Qeyd olunur ki,dövlət qurumlarının informasiya ehtiyatlarının fəaliyyətində dayanma müşahidə olunmasa da, DDOS hücumun qarşısının alınması məqsədi ilə xarici ölkələrdən müvafiq ip seqmentasiyaların mütamadi blok olunması xarici ölkələrdə eyni ip seqmentdən istifadə edən vətəndaşlarımızın da həmin resurslara girişində çətinliklər yarada bilər.

Müəllif:Aynur Qəniyeva