BİZNES

29 Sentyabr

Vergi ödəyicilərinə və fərdi sahibkarlara 117,3min manat ödənilib

2-ci maliyyə paketi çərçivəsində vergi ödəyicilərinə və fərdi sahibkara 117,3 min manat vəsait ödənilib
Azərbaycan Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkən sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 2-ci mərhələ çərçivəsində 237 272 muzdlu işçini əhatə edən 23 188 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, 28 sentyabr tarixinə 2-ci maliyyə paketi çərçivəsində pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 104 083,3 min manat vəsait ödənilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 2-ci mərhələ çərçivəsində 50 148 fərdi sahibkara 13 252,0 min manat maliyyə dəstəyi göstərilib.