BİZNES

21 May

Azərbaycanda startaplarla bağlı məlumat əldə etmək üçün mobil əlavə hazırlanıb

Azərbaycanda startaplarla bağlı məlumat əldə etmək üçün “IAA Demo Day App” mobil əlavə hazırlanıb.

 İnnovasiya Agentliyinin yaydığı məlumata görə istifadəçilər tətbiq vasitəsi ilə startaplarla əlaqə yarada, onların haqqında ətraflı məlumat əldə edə bilərlər.

Mobil əlavə “Android” platformasında işləyən smartfonlar üçün nəzərdə tutulub. Əlavəni “Google Play”də //play.google.com/store/apps/details?id=com.Teching.DemoDay ünvanından yükləmək olar.