BİZNES

18 May

Azərbaycan xaricdən 64 mln. dollarlıq geyim əşyaları alıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 64,1 mln. ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% azdır.

Qeyd edək ki, hesabat dövründə sözügedən malların ümumi idxalında payı 1,9% təşkil edib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.