BİZNES

18 May

Bu ölkənin Azərbaycana 6,2 milyon dollar borcu var

 Gürcüstanın 5,69 milyard ABŞ dolları xarici borcu var. Qonşu ölkənin xarici borcunda Azərbaycanın payı dəyişməyib. Hazırda Gürcüstanın Azərbaycana 6,29 milyon dollar borcu var.
 
Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında deyilir.
 
Bildirilir ki, Gürcüstanın xarici borcunun 5,44 milyard dolları hökumətin payına düşür. Gürcüstanın ən çox Almaniyaya borcu var (366,44 milyon dollar). Siyahıda ikinci yerdə 318,69 milyon dollarla Fransa, üçüncü yerdə isə 217,52 milyon dollarla Yaponiya dayanır.