BİZNES

18 May

Restoran və kafelər açılır - ŞƏRTLƏR

Bu gündən etibarən bəzi istirahət məkanlarına, eləcə də ictimai iaşə obyektlərinə qoyulan məhdudiyyətlər müəyyən şərtlər daxilində aradan götürülür.

Operativ Qərargahdan verilən məlumata görə, bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.

Həmçinin, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).