13 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 50,000,000 (əlli milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Fins.az xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 14 iyun 2024-cü il tarixindən başlayaraq 25 iyun 2024-cü il tarixinə kimi 5 iş günü ərzində tamamlanacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 27 iyun 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"Kapital Bank” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2011005157 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
İstiqrazın sayı |
500,000 (ədəd) |
İlkin ticarət qiyməti |
100 manat |
Buraxılış həcmi |
50,000,000 manat |
İllik gəlirlilik faizi |
10% |
Ödəmə Periodu |
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim |
Tədavül müddəti |
1 il |
Ticarətə buraxılma tarixi |
27.06.2024 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş” QSC |
Fuad Mədətov
Fins.az