BİRJA

04 İyul

“Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 4-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, iyulun 6-da Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.   

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.