BİRJA

03 İyul

Bakı Fond Birjasında \"BOA Agency\" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

İyunun 23-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BOA Agency" ASC-nin səhmləri standart bazar seqmentində şərti listinqə daxil edilib.

Fins.az xəbər verir ki, iyulun 5-də "BOA Agency" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir: