BİRJA

29 Mart

Azərbaycan nefti 117,28 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Fins.az” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,3 faiz azalaraq 117,28 dollar olub.

Qeyd ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.