BİRJA

24 Mart

ABŞ-birjaları zəifləyir

“Dow Jones”un indeksi 0,68 faiz, NASDAQ -ın indeksi 0,8 faiz aşağa düşüb.

Fins.az bildirir ki,  son məlumatlarına görə, ABŞ-ın əsas fond indeksləri çərşənbə günü yüksək inflyasiya fonunda qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı yenidən artan narahatlıqlar səbəbindən aşağadüşüb.

Martın 23-ü Bakı vaxtı ilə saat 17.11-ə olan məlumata görə, “Dow Jones” sənaye indeksi 0,68 faiz azalaraq 34572,38 bəndə, “NASDAQ” yüksək texnologiyalı şirkətlər indeksi 0,8 faiz azalaraq 13996,1 bəndə, SP 500 geniş bazar indeksi 0,56 faiz azalaraq  4486,24 bəndə düşüb.

Pandemiyadan sonrakı istehsalat tədarük zəncirinin pozulması, bəzi əmtəələrə tələbin artması, qazın və neftin qiymətlərinin sürətlə artması nəticəsində inflyasiya bütün dünyada sürətlənir. Belə ki, fevral ayında ABŞ-da illik inflyasiya 7,9 faizə qədər sürətlənib ki, bu da 1982-ci ildən bəri ən yüksək göstəricidir. Avrozonada da qiymətlərdə rekord artım müşahidə olunur.

Bütün bunların fonunda dünya mərkəzi bankları tədricən pul-kredit siyasətinə düzəlişlər etməyə başlayır, iqtisadi stimulu məhdudlaşdırırlar. İnvestorlar qorxurlar ki, bu halda pandemiyanın mənfi təsirlərindən hələ də tam sağalmamış qlobal iqtisadiyyat öz artımını ləngidəcək.

Vəziyyətə ölkə üzrə statistika da təzyiq göstərir - fevralda ABŞ-da yeni evlərin satışı yanvarda yenidən işlənmiş rəqəmlə müqayisədə 2 faiz azalaraq 772 minə enib. Analitiklər isə əksinə, göstəricinin artacağını gözləyirdilər.