BİRJA

19 Mart

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,11% azalaraq 1 921,55 ABŞ dollarına bərabər olub.

Bu barədə Fins.az birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,9% azalaraq 25,13 dollar təşkil edib.