BİRJA

13 Yanvar

Çin Mərkəzi Bankı kriptovalyutasını dövriyyəyə buraxacaq

Çin Mərkəzi Bankı (PBOC) kriptovalyuta layihəsi üzrə tədqiqatları yekunlaşdırıb. 

Bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, artıq rəqəmsal pul ölkənin kommersiya bankları ilə birlikdə sınaqdan keçirilir. Onun idarə oluna bilən təhlükəsizlik sistemi ilə təchiz edildiyi deyilir. 

PBOC-un kriptovalyuta layihəsi uğurla yekunlaşsa, Çin böyük 20-lik ölkələri arasında bir ilkə imza atmış olacaq.

 (c)Report