BAZAR

25 Noyabr

Elektromobil idxalı 2024-cü ilin yanvar-oktyabr aylarında 6% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 104,2 milyon ABŞ dolları dəyərində 2592 elektromobil idxal edilib.

Fins.az, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6% (5,9 milyon dollar), say baxımından isə 6,9% (167 ədəd) artıb.

Ümumilikdə, 2024-cü ilin ilk 10 ayında ölkəyə 1,48 milyard dollar dəyərində 74,7 min nəqliyyat vasitəsi idxal edilib. Elektromobillərin avtomobil idxalının ümumi strukturundakı payı isə 3,46% təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 0,48 faiz bəndi çoxdur.
 

Zemfira Ms
Fins.az