2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 978 milyon 195 min ABŞ dolları dəyərində 854 min 51 ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edib.
Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,09% (64 milyon 810 min ABŞ dolları) artım və 16,3% (119 min 927 ton) artım deməkdir. Bu dövrdə qara metallar və məmulatlarının idxalı ölkənin ümumi idxalının 5,88%-ni təşkil edib.
Eyni dövrdə Azərbaycan 76 milyon 865 min ABŞ dolları dəyərində 84 min 309 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. İxracda isə 15,3% (13 milyon 916 min ABŞ dolları) və 11,16% (10 min 600 ton) azalma müşahidə olunub. Qara metallar və məmulatlarının ixracı ölkənin ümumi ixracının yalnız 0,34%-ni təşkil edib.
Zemfira Ms
Fins.az