BAZAR

25 Noyabr

Türkiyəyə bu il 75 milyon ton yük daşınılıb: Rusiya ilə ticarət həcmi artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Rusiyadan Türkiyənin limanlarına 75 milyon 252 min 992 ton yük daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə bayrağı altında üzən gəmilərlə Rusiyadan 2 milyon 611 min 548 ton yük daşınıb.

Digər ölkələrin bayraqları altında üzən gəmilərlə Rusiyadan Türkiyəyə 64 milyon 789 min 858 ton yük daşınıb. Həmçinin, Rusiya bayrağı ilə üzən gəmilərlə 7 milyon 851 min 586 ton yük Türkiyə limanlarına çatdırılıb.

2024-cü ilin yanvar-oktyabr aylarında Rusiyadan Türkiyə limanlarına 2 milyon 575 min 992 ton tranzit yük də daşınıb.

2024-cü ilin oktyabr ayında isə Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında gəmilərlə 2 milyon 474 min 937 ton yük qəbul edilib, digər ölkələrin bayraqları altında gəmilərlə isə 30 milyon 180 min 412 ton yük daşınıb. Həmçinin, bu müddət ərzində 5 milyon 742 min 347 ton transit yük Türkiyə limanlarından daşınıb.

2024-cü ilin yanvar-oktyabr aylarında ümumilikdə 331 milyon 349 min 368 ton yük Türkiyə limanlarına qəbul edilib. Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min 787 ton təşkil edib, digər ölkələrin bayraqları altında isə bu rəqəm 306 milyon 255 min 581 ton olub.

Bundan əlavə, 2024-cü ilin oktyabr ayında Türkiyə limanları 5 min 396 gəmi qəbul edib, ümumilikdə isə 2024-cü ilin yanvar-oktyabr aylarında 51 min 713 gəmi Türkiyə limanlarına daxil olub. Digər ölkələrin bayraqları altında olan gəmilər 33 min 584 təşkil edib, Türkiyə bayrağı altında olan gəmilər isə 18 min 129 olub.

Fuad Mədətov
Fins.az