2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 58 şirkət qeydiyyata alınıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirlib.
TOBB-un hesabatına görə, qeydiyyata alınan şirkətlərin məcmu kapitalı 36 milyon 310 min türk lirəsi təşkil edib. Müqayisə üçün, 2023-cü ilin eyni dövründə bu rəqəm 25 milyon 830 min türk lirəsi idi.
Türkmənistan kapitalı ilə şirkətlərin əksəriyyəti İstanbulda (57 şirkət) qeydiyyata alınıb. Bu şirkətlərin ümumi kapitalı isə 34 milyon 810 min türk lirəsi olub.
2024-cü ildə qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin 27-si ticarət sahəsində fəaliyyət göstərir, qalanları isə iqtisadiyyatın müxtəlif sektorlarını əhatə edir.
Fuad Mədətov
Fins.az