BAZAR

07 Oktyabr

Bakıda ticarət dövriyyəsinin həcmi 5% artıb

Cari ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 21 milyard 521 milyon manat olub.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Məlumat görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 11 milyard 722,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,2 faiz artaraq 9 milyard 798,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Fuad Mədətov
Fins.az