BAZAR

24 Sentyabr

Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 290 milyon dollardan çox artıb

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 447 milyon 489.9 min ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə, yəni 290 milyon 942.5 min ABŞ dolları artıb. Belə ki, ötən ilin müvafiq dövründə Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 156 milyon 547.4 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan Portuqaliyaya ixracın həcmi 3 dəfə artaraq 437 milyon 678.7 min ABŞ dollarına çatıb, Portuqaliyadan Azərbaycana ixrac isə 11.4% artaraq 9 milyon 811.2 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu dövrdə Portuqaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1.44%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ticarət dövriyyəsi 30 milyard 995.4 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 179.9 milyon ABŞ dolları olub.

Fuad Mədətov
Fins.az