BAZAR

23 Sentyabr

Azərbaycanda kolbasa ehtiyatları 44,3% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19 min 935,4 ton kolbasa məmulatları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.

Sentyabrın 1-nə ölkədə 57 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 44,3 % çoxdur.

Fuad Mədətov
Fins.az