Asiya İnkişaf Bankı (ADB) 2030-cu ilə qədər illik maliyyələşmənin 50%-ni iqlim maliyyələşməsinə yönəltməyi və 2019-2030-cu illərdə ümumilikdə 100 milyard dollardan çox iqlim maliyyələşməsini təmin etməyi qarşısına məqsəd qoyub.
Fins.az xəbər verir ki, bu barədə ADB-dən bildirilib. Bankın açıqlamasına əsasən:
- Azərbaycan: ADB və "Masdar" şirkəti arasında Azərbaycanda iki böyük günəş enerjisi stansiyasının tikintisi üçün kredit müqavilələri imzalanıb. Bu layihələr ölkənin günəş enerjisi potensialını üç dəfə artıracaq.
- Özbəkistan: İqlim keçidini dəstəkləmək məqsədilə su sektoru və digər sahələrdə iqlim dayanıqlığını gücləndirmək üçün ölkəyə 250 milyon dollar dəyərində kredit ayrılıb.
- Sakit okean ölkələri: Solomon Adaları və Tonqa ilə dizel yanacağından bərpa olunan enerjiyə keçid üçün müqavilələr imzalanıb. Bu maliyyələşmə çərçivəsində:
- Solomon Adalarında ilk böyük enerji saxlama sistemi quraşdırılacaq;
- Tonqanın enerji şəbəkəsinin fəlakətlərə qarşı dayanıqlılığı artırılacaq.
Bu təşəbbüslər ADB-nin regionda iqlim dəyişiklikləri ilə mübarizə və davamlı enerji keçidinə dəstək üzrə prioritetlərinin bir hissəsidir.
Fuad Mədətov
Fins.az