BANK

25 Noyabr

AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası verib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC- poçt rabitəsi milli operatorunun Xankəndi filialına (Xankəndi Poçt) bank fəaliyyəti üçün lisenziya verilib.

Bu barədə Fins.az tənzimləyici quruma istinadən xəbər verir.

Belə ki, lisenziyası noyabrın 18-də verilmiş obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında fəaliyyət göstərəcək. Bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb. Məlumata görə, filala İbrahimov Həbib Hümbət oğlu müdir təyin edilib.

Fuad Mədətov
Fins.az