Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi kredit portfeli 744,6 milyon manat təşkil edib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit portfeli son bir il ərzində 340,3 milyon manat və ya 84% artıb.
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılan məqsədli ehtiyatların məbləği 56,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 milyon manat (46%) çoxdur.
Nəticədə, BOKT-ların xalis kredit portfeli 322,6 milyon manat (88%) artaraq 688 milyon manata çatıb.
Fuad Mədətov
Fins.az