BANK

06 Noyabr

Azərbaycanın kredit ittifaqlarında faiz gəlirləri azalıb və zərər artıb

Bu ilin ilk 9 ayında Azərbaycanın kredit ittifaqları 530 min manat xalis zərər edib.

Fins.az xəbər verir ki, bu məlumatı Azərbaycan Mərkəzi Bankı açıqlayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə kredit ittifaqlarının xalis zərəri 260 min manat və ya 96% artaraq 530 min manata çatıb. Keçən il bu göstərici 270 min manat idi.

Hesabat dövründə kredit ittifaqları tərəfindən 10 min manat məbləğində mənfəət vergisi ödənilib, halbuki keçən ilin müvafiq dövründə mənfəət vergisi ödənişi olmayıb.

Bu dövrdə kredit ittifaqlarının faiz gəlirləri 100 min manat və ya 4% azalaraq 1,4 milyon manata düşüb, faiz xərcləri isə 20 min manat və ya 41% artaraq 80 min manata yüksəlib.

Xalis faiz gəlirləri isə 0,1 milyon manat və ya 6% azalaraq 1,4 milyon manata, əməliyyat mənfəəti isə 2% azalaraq 0,7 milyon manata bərabər olub.

Fuad Mədətov
Fins.az