Fins.az - Dünya Bankı (DB) 2024-2025-ci illər üçün "Brent" etalon markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.
Bankın oktyabr ayı üzrə proqnozuna əsasən, “Brent” neftinin orta qiyməti 2024-cü ildə 80 ABŞ dolları olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 4 dollar aşağıdır. 2025-ci ildə isə qiymət 73 dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da əvvəlki göstəricidən 6 dollar azaldılıb.
Bundan əlavə, Dünya Bankı 2026-cı il üçün də "Brent" neftinin qiyməti ilə bağlı proqnozunu açıqlayıb. Bankın hesablamalarına görə, 2026-cı ildə "Brent" neftinin qiyməti 72 dollar civarında qərarlaşacaq.
Dünya Bankının məlumatlarına görə, 2023-cü ildə "Brent" neftinin orta qiyməti 82,6 dollar təşkil edib. Bu proqnozlar əsasında, 2024-cü ildə “Brent” nefti illik müqayisədə 3,2 dollar, 2025-ci ildə 8,8 dollar, 2026-cı ildə isə 1,4 dollar ucuzlaşacağı gözlənilir.