Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərinə cərimə tətbiq edib.
AMB-nin apardığı tematik yoxlama nəticəsində, "Azinvestkredit" MMC-nin rəhbərliyi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 min manat, "Para" ASC-nin rəhbərliyi isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib. Cərimələr, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyin pozulması səbəbindən həyata keçirilib.