BANK

10 Avqust

Rusiyanın bank qrupunun kapitallaşması 100 milyard dolları keçib

Rusiyanın "Sberbank" qrupunun kapitallaşması 100 milyard dolları keçib. Fins.az xəbər verir ki, sonuncu dəfə bu rəqəmə 2018 -ci ilin əvvəlində çatılmışdı.

Birjadakı ticarət məlumatlarına görə, Moskva vaxtı ilə saat 10: 30-da adi səhmlərin 329,15 rubl qiymətilə şirkətin kapitallaşması təxminən 7,11 trilyon rubl təşkil edib. İmtiyazlı səhmlərin dəyəri isə 303 milyard rubl təşkil edir. Beləliklə, şirkətin kapitallaşması 7,408 trilyon rublu keçib. Dolların cari məzənnəsinə əsaslanaraq, ABŞ valyutasına çevrildikdə göstərici 100.7 milyard dollar təşkil edib. 

"Sberbank" qrupunun səhmlərinin bahalaşmasına analitiklərin bu il və sonrakı illər üçün mənfəət proqnozlarının yüksəldilməsidir.

2021-ci ilin yanvar - iyul aylarında "Sberbank" qrupunun xalis mənfəəti  2020 -ci ilin eyni dövrü ilə müqayisədə 79% artaraq 721,6 milyard rubla çatdıb.