BANK

10 Avqust

Know your Vətən” yay düşərgəsi başa çatıb

“PAŞA Bank”ın dəstəyi və ADA Universitetinin təşkilatçılığı ilə 5-30 iyul tarixlərində keçirilən “Know your Vətən” yay düşərgəsi başa çatıb.
Yay düşərgəsində 9-15 yaşlarında 100-ə yaxın uşaq iştirak edib. Proqramın əsas məqsədi gənc nəslin dünyagörüşünü genişləndirmək, intellektual və yaradıcılıq qabiliyyətlərini, analitik düşünmə qabiliyyətini, liderlik və digər bacarıqlarını inkişaf etdirmək idi.
Müxtəlif sahələri təmsil edən mütəxəssislər, o cümlədən “PAŞA Bank”ın nümayəndələri düşərgənin təhsil proqramına qonaq qismində qatılıb. Proqram çərçivəsində onlar düşərgə iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti, insanlığın ətraf mühitin iqlim dəyişikliyinə təsiri haqqında danışdılar.
Uşaqlar həmçinin iqtisadiyyatın və bankçılığın quruluşu, müasir dünyada informasiya texnologiyalarının rolu və digər aktual mövzularda maraqlı məlumatlar əldə etdilər.