BANK

09 Avqust

Fintech Founders Bootcamp by PASHA Bank layihəsi uğurla başa çatıb

“Fintech Founders Bootcamp by PASHA Bank” layihəsi çərçivəsində 26-28 iyul 2021-ci il tarixləri arasında keçirilən təlim proqramı başa çatıb.
“PAŞA Bank” və “SUP.VC” tərəfindən təşkil olunan proqram böyük marağa səbəb olub. Proqramda iştirak üçün müraciət edən 200-dən çox namizədlərdən 28 nəfər təlimə qatılmaq üçün dəvət alıb.
Əksər iştirakçıların müxtəlif bankların əməkdaşları olduğu təlimdə, məlumatların təhlili və maliyyə sahəsində istifadə olunan çoxşaxəli yanaşmalar, o cümlədən müasir texnoloji maliyyə vasitələrinin tətbiqi müzakirə olunub.