BANK

09 Avqust

Bank müştərilərinə müraciət: Bu məlumatları kənar şəxslə bölüşmək təhlükəlidir-VİDEO

Bank məlumatlarınız həmişə şəxsi səciyyə daşıyır və kənar şəxslə bölüşmək təhlükəlidir.
Fins.az xəbər verir ki, bu sözlər "Rabitəbank"-ın müştərilərinə kart məlumatlarının təhlükəsizliyi ilə bağlı müraciətində deyilir. 
Müraciətdə bildilir ki,özünü bank əməkdaşı kimi təqdim edən telefon zəngləri və ya saxta hesablardan ismarış daxil olan zaman xahiş edirik ki, kartınızın PIN, CVC və 3DS (birdəfəlik) şifrələrini heç bir halda təqdim etməyəsiniz.
Mütərilərə həmçinin "Unutmayın ki, bu məlumatları bank nümayəndəsi sizdən heç vaxt soruşmur!  Şübhəli hallarla rastlaşdıqda 133-ə zəng edərək məlumat verin. 
Dələduzlardan qorunmaq üçün video təlimatımızla tanış olun"-deyə qeyd olunur.
Müəllif: Aynur Qəniyeva