BANK

25 May

Verilmiş kreditlər üzrə faktiki daxilolma məbləği proqnozları kəskin üstələyib

Verilmiş kreditlər üzrə faktiki daxilolma məbləği proqnozları kəskin üstələyib.

Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir. 

Eyni zamanda "Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirlərinin icrası və 2019-cu il dövlət büdcəsi gəlirlərinin faktiki icrasının nəticələri ilə büdcə gəlirlərinin təsnifatının bölmə, paraqraf, maddə və yarımmaddə səviyyəsində müqayisəsinə uyğun olaraq “Mülkiyyətdən gəlirlər” köməkçi bölməsinin “Dövlət qeyri-maliyyə təşkilatlarından alınmış büdcə ssudaları üzrə faizlər” yarımmaddəsi üzrə 2020-ci ildə 716,0 min manat nəzərdə tutulmuş, il ərzində dövlət büdcəsinə 15468,0 min manat (715,7 min manat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və 14 752,3 min manatı “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən) məbləğində vəsait daxil olmuşdur ki, bu da proqnoz göstəricidən 14752,0 min manat və ya 21,6 dəfə çoxdur, 2018-ci ilin icra göstəricisindən (1011,0 min manat) 14457,0 min manat və ya 15,3 dəfə, 2019-cu il icra göstəricisindən (993,4 min manat) 14474,6 min manat və ya 15,6 dəfə çoxdur."