BANK

05 Aprel

Azərbaycanda Ani Ödənişlər Sisteminə bu banklar da inteqrasiya olunub

“Bank Respublika” ASC, “Paşa Bank” ASC və Bank “BTB” ASC yeni yaradılmış Ani Ödənişlər Sisteminə  inteqrasiya olunub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə,beləliklə, qeyd olunan bankların müştəriləri də fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanını əldə ediblər.

Məlumatda "Hazırda 19 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək."-deyə qeyd olunub. 

Müəllif:Aynur Qəniyeva