BANK

05 Aprel

\"PAŞA Bank\"-ın İdarə heyətinin sədri: 3 il ərzində kredit portfeli 112% artaraq 2,2 milyard manata çatıb

PAŞA Bankın cəmi aktivləri 6 milyard manatı keçib, 3 il ərzində kredit portfeli 112% artaraq 2,2 milyard manata çatıb.

Fins.az xəbər verir ki,  bunu PAŞA Bankın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə heyətinin sədri və Baş İcraçı direktoru Taleh Kazımov bildirib.

O qeyd edib ki,Kreditlərin 89%-i real sektora verilib. Bank kredit portfeli üzrə 25% bazar payına malikdir.Ötən 3 il ərzində aktiv müştərilərin sayı 1500-dən 8900-adək artıb.

Bankın sədri qeyd edib ki, 2021-2023-cü illər ərzində Bankın kredit portfelinin 2,2 milyard manatdan 3 milyard manata çatdırmaq hədəflənir.

"Kiçik və orta shibkarlara verilmiş kreditlərin həcmini isə 2 dəfə artıraraq 350 milyon manata çatdırmağı nəzərdə tuturuq", - Taleh Kazımov bildirib.