BANK

05 Aprel

Taleh Kazımov: PAŞA Bank-ın aktivlər üzrə bazar payı 13%-dən 17%-ə yüksəlib

2018-2020-ci illəri əhatə edən strategiyanın həyata keçirilməsi nəticəsində PAŞA Bankın aktivlər üzrə bazar payı 13%-dən 17%-ə yüksəlib.

Fins.az xəbər verir ki,  bunu PAŞA Bankın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə heyətinin sədri və Baş İcraçı direktoru Taleh Kazımov bildirib.

Taleh Kazımov əlavə edib ki, PAŞA Bankın cəmi aktivləri 6 milyard manatı keçib, 3 il ərzində kredit portfeli 112% artaraq 2,2 milyard manata çatıb. Kreditlərin 89%-i real sektora verilib. Bank kredit portfeli üzrə 25% bazar payına malikdir.