BANK

29 İyul

Dolların qiymətinə təsir edəcək tarixi gün -NƏ DƏYİŞƏCƏK?

Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatının ikinci rübdə 34% azalacağı gözləntiləri, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olur. Dolların indeksinin dalğalandığı cari səviyyələr sözügedən iqtisadi amilləri artıq nəzərə alıb. Beləliklə, dollar bundan sonra bu gün Bakı vaxtı ilə saat 22:30-da Amerika Mərkəzi Bankı  (FED) tərəfindən açıqlanacaq gələcək iqtisadi gözləntilərindən asılı olaraq, ya bahalaşacaq, ya da daha da ucuzlaşacaqdır. Saat 22:00-da dərc ediləcək faiz qərarından isə dəyişiklik gözlənilmir.