BANK

30 İyun

Dünya Bankı Belarus, Moldova və Ukrayna üzrə YENİ REGİONAL DİREKTOR TƏYİN EDİB

Dünya Bankı (DB) Arup Banerjee-ni Belarus, Moldova və Ukrayna üzrə yeni regional direktoru təyin edib

Fins.az xəbər verir ki, bu barədə beynəlxalq maliyyə qurumu çərşənbə axşamı öz saytında məlumat yayımlayıb .

Məlumat bildilir ki, Dünya Bankı Arup Banerjee-nin 1 İyul 2020-ci il tarixindən başlayaraq Dünya Bankının Belarus, Moldova və Ukrayna üzrə regional direktoru vəzifəsinə təyin olunduğunu elan etməkdən məmnunluq duyur

Bu vəzifədə Banerjee bankın investisiya, kredit və analitik fəaliyyətinin təmin edilməsi və həyata keçirilməsini idarə edəcək, gələcək proqram sahələrini əlaqələndirəcək

İndiki təyinatından əvvəl Hindistan əsilli Arup Banerjee, Dünya Bankının AB-də regional direktoru vəzifəsində çalışıb. 1988-ci ildə Dünya Bankına gəlməzdən əvvəl Banerjee Williams College (Massaçusets, ABŞ) İnkişaf İqtisadiyyatı Mərkəzində və Pensilvaniya Universitetində (ABŞ) dərs deyib.

Ötən həftə DB ölkə hökumətinin iqtisadi bərpaya maliyyə dəstəyi və koronavirus epidemiyasının təsirini azaltmaq tələbi ilə Ukraynaya 350 milyon dollar kredit ayrıldığını elan edib.1992-ci ildən bəri Dünya Bankının Ukraynaya maliyyə yardımı təxminən 14 milyard dollar təşkil edib.

Müəllif:Aynur Qəniyeva