BANK

30 İyun

Azərbaycan Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət üzrə sistemini bu şirkət quracaq

Azərbaycan Respublikası Mərkəzi Bankı maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış Vahid Nəzarət və Monitorinq Sistemini "GTSolyuşnz” şirkəti  quracaq
Fins.az xəbər verir ki bu barədə Mərkəzi Bankı maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış Vahid Nəzarət və Monitorinq Sisteminin qurulması ilə bağlı elan etdiyi tenderin nəticəsi barədə bildirişdə məlumat verilir.
Məlumatda deyilir ki, sözügedən sistemin yaradılması ilə bağlı elan edilmiş açıq tenderin nəticələrinə görə Tender komissiyasının 09 iyun 2020-ci il tarixli qərarına əsasən "GTSolyuşnz” şirkəti tenderin qalibi müəyyən edilib.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.

Müəllif:Aynur Qəniyeva