BANK

29 İyun

Dollar yenidən UCUZLAŞIR

Beynəlxalq valyuta birjalarında Amerikadan çərşənbə günü sənaye sektoru və cümə axşamı əmək bazarı ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar ömcəsi dolların digər aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir.

Bunun əsas səbəblərindən biri də iqtisadi yavaşlama ehtimalları ilə yanaşı, geosiyasi risklərin də yenidən arta biləcəyi ehtimallarıdır. 

Çin höküməti tərəfindən Honkonqda yeni milli təhlükəsizlik qanunlarının qəbul ediləcəyinin bəyan edilməsi, Amerika ilə siyasi münasibətlərin yenidən pisləşməsinə, qarşılıqlı siyasi ittihamların artmasına səbəb olub. Bu, eyni zamanda yanvar ayında iki ölkə arasında imzalanan ticarət sazişinin birinci mərhələsini fonunda qarşılıqlı qəbul edilən öhdəlikləri də təhlükə altına qoyur. 

Hazırda yaranan yuxarıdaki şərait fonunda EUR/USD və GBP/USD məzənnəsi dəstək görərək, bahalaşıb. Avro 1.13, funt sterlinq isə 1.24$ üzərində möhkəmlənə bilər, dəstək arta və bahalaşma sürətlənə bilər. Bu baxımından sabah və həftə ərzində dərc ediləcək Avrozona və İngiltərə iqtisadiyyatlarına dair önəmli fundamental göstəricilər də diqqət mərkəzindədir.