BANK

10 İyun

Rusiya Mərkəzi Bankı: Banklarının gəliri rekord səviyyədə geriləyib

Rusiya Mərkəzi bankının direktoru Elvira Nabiullina Rusiya bank sektorunun xalis gəlirinin may ayında 500 milyon rubla düşdüyünü bildirib. O, yeni nəsil korona virus səbəbindən bank sektorunun xalis gəlirinin rekord səviyyədə gerilədiyini əsas göstərib.

Nabiullina, Moskvada videokonfrans vasitəsi ilə Rusiya parlamentinin aşağı palatasında  iqtisadi inkişafı dəyərləndirib.

Covid-19-a qarşı tədbirlərin dayandırılmasından sonra , virusun iqtisadi təsirlərinin dərhal itməyəcəyini qeyd edən Nabiulliana virusun iqtisadiyyat və maliyyə sektorunun inkişaf edə biləcəyi sahələrə daha çox təsir etdiyini bildirib.

Rusiya Mərkəzi bankının rəhbəri  gələcəyə daha ümidlə baxdıqlarını vurğulasa da ,bunun üçün  biraz daha vaxt lazım olduğunu bildirib.

Covid-19-un təsirlərinin Rusiya bank sektorunda hiss olunduğunu qeyd edən Nabiullina, "Bu ilin ilk beş ayında Rusiya banklarının xalis mənfəətinin 561 milyard rubl səviyyəsində olduğunu deyib.

O, həmçinin "Bu qazancın böyük hissəsi  ilk üç ayda meydana gəlib.May ayında bank sektorunun xalis mənfəəti Covid-19-a görə 500 milyon rubl ilə rekord səviyyəyə düşdü" -deyə bildirib.

Müəllif:Rəvanə Sərdarova