BANK

10 İyun

Azərbaycanda inflyasiya AÇIQLANIB

May ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,9% (aprel ayının sonuna 3%) təşkil edib

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Ərzaq məhsulları üzrə orta illik inflyasiya 5,5%, qeyri-ərzaq malları üzrə 1,2%, xidmətlər üzrə 1% səviyyəsində olub.

Qeyd edək ki, Azərbaycanda 2020-ci il üçün orta illik inflyasiyanı 4,6% səviyyəsində proqnozlaşdırır.

Müəllif:Aynur Qəniyeva