BANK

10 İyun

Bu bank \"problemli kreditlər\"-dən xilas olmaq üçün yeni üsül təklif edir

Avropa Mərkəzi Bankının (AMB) problemli kreditlərin toplanması üçün "pis bank" yaradacağı iddia edilir.

Bloomberg xəbər verir ki, məlumata malik iki mənbəyə görə, Avropa Mərkəzi Bankı koronavirus böhranından sonra ödənməyəcək milyardlarla avro məbləğindəki kreditin öhdəsindən gələ bilmək üçün bir layihə üzərində çalışır.

Layihə, əgər artan işsizlik əhalinin gəlirini azaldarsa və kreditlər ödənə bilməyəcək vəziyyətə gələrsə, kommersiya banklarını ola biləcək ikinci böhrandan qorumağı hədəfləyir.

Məlumat verən mənbələrdən biri, AMB-nin, problemli kreditləri (ödəmə vaxtı keçmiş kreditləri) üzərinə götürəcək bir "pis bank" qurulması üçün hərəkətə keçdiyini bildirib. AMB pis bank modelinə dair bir açıqlama verməyib.

Avro bölgəsində az qala yarım trilyon avroya çatan kredit borcunun tamamilə ödənməsinin aşağı bir ehtimal olduğu düşünülür. Rəsmi statistikalara görə, bu borclara kredit kartı borcları, avtomobil və ev kreditləri də daxildir.