BANK

10 İyun

Dollar UCUZLAŞIR

Dolların qiyməti FED-in yığıncağı əvvəlində mühüm valyutalar qarşısında üç ayın aşağı səviyyəsinə geriləyib. Dolların 10 mühüm valyuta qarşısında dəyərini göstərən Bloomberg Dollar İndeksi 0,5% də geriləyərək 1198 səviyyəsinə düşüb (Bakı vaxtı ilə saat 10:20-yə olan qiymət). Norveç Kronu, Avstraliya və Yeni Zelandiya dollarları ABŞ valyutası qarşısında ən çox bahalaşan valyutalardır. Avro/Dollar məzənnəsi 0,1% artımla 1.1353-dən alıcı tapıb.

Daha yumuşaq pul siyasətinə dair gözləntilər dollar üzərində təzyiq yaradır. Fed faizdə dəyişiklik etməsə də, iqtisadiyyatı dəstələmək üçün qiymətli kağızlar alışını artıraraq və ya əlavə borcvermə proqramları ilə dövriyyəyə daha çox pul kütləsi ötürə bilər.